Nida Xəbər
Lapşin Azərbaycan prezidentinə təşəkkür etdi
Sentyabrın 11-i Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əfv olunan Aleksandr Lapşin təşəkkür məktubu yazıb.
Lapşinin təşəkkür məktubunda deyilir:
Mən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20/07/2017 tarixli hökmü ilə
AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi
üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdim. 281.2-ci
maddə üzrə ittihama xitam verilmişdir.
Bu gün əfv edilməyim ilə bağlı Sərəncam imzaladığınızı öyrəndim.
Sizə hədsiz dərəcədə minnətdaram. Mənə elə gəlir ki, indiyədək
həyatımda heç bir hadisəni bu cür səbirsizliklə gözləməmişdim!
Bir daha təkrar etmək istəyirəm ki, əməllərimdən səmimi peşmançılıq
hissi keçirirəm. Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu
regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox
idi.
İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da
olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki,
Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz
həllini tapacaq.
Bir daha öz məsuliyyətsiz davranışlarımdan peşmançılıq hissi
keçirdiyimi bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayış və
mərhəmət üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür,
firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad
olunmasını arzu edirəm. (azvision.az)
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi