Parlament Vergi Məcəlləsinə dəyişikliklər etdi
Bizi izləyin

Nida Xəbər

Parlament Vergi Məcəlləsinə dəyişikliklər etdi

Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edib.

Publika.az bildirir ki, Vergi Məcəlləsinin 59.3-cü maddəsinin ikinci hissəsinə “gün ərzində” sözlərindən sonra məcəllənin 179.1-ci və 179.2-ci maddələri ilə müəyyən edilən hallarda "20 gün ərzində" sözləri əlavə edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, məcəlləyə dəyişiklik 59.3 və 179-cu maddələr arasında əlaqələndirmənin və uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, bununla yanaşı bir neçə qanun layihəsinə texniki dəyişikliklər edilib

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm