Lavrovdan Dağlıq Qarabağ BƏYANATI: “Vaşinqtonun rusofob siyasəti...”
Bizi izləyin

Nida Xəbər

Lavrovdan Dağlıq Qarabağ BƏYANATI: “Vaşinqtonun rusofob siyasəti...”

“Vaşinqtonun rusofob siyasəti ilə əlaqədar Rusiya və ABŞ arasında dərin fikir ayrılıqlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq zərər çəkməyib”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşündə deyib.

“Əlbəttə, münasibətlərin bir çox sferaları dərin dalandadır, amma Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq zərər çəkməyib”, - Lavrov bildirib.

O əlavə edib ki, Rusiya münaqişəsinin nizama salınması üzrə ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm