• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Bu, insanların iqtidarı dəstəkləməsi deməkdir – DEPUTAT

Bu, insanların iqtidarı dəstəkləməsi deməkdir – DEPUTAT

“Azərbaycan vətəndaşlarının 81 faizinin hökumətə, 45 faizinin siyasi partiyalara, 65 faizinin Milli Məclisə etibar etməsi dövlətin öz vəzifələrinə məsuliyyətlə yanaşmasının göstəricisidir”.

Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə ING maliyyə holdinqinin Azərbaycanla bağlı məruzəsini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, rəyi soruşulanların 81 faizinin hökumətdən razı olması aparılan siyasətin dəstəklənməsi deməkdir:

“Demək, insanlar hazırkı iqtidarın proqramından razıdır və onun daha çox hakimiyyətdə qalmasına dəstək verir. Əhalinin hakimiyyətin bir qolu olan parlamentə 65 faiz etibar etməsi ölkənin taleyüklü məsələlərinin Milli Məclis tərəfindən diqqətdə saxlanılmasından razı qalmasını göstərir. Dövlətin vəzifəsi vətəndaşın təhlükəsizliyini, hüquqların təmin etmək və sosial problemlərini həll etməkdir. Bu sorğu göstərir ki, vətəndaş bu gün təhlükəsizliyindən, dövlətin ümumi inkişafından razıdır. Onlar yeni iş yerlərinin yaradılmasını görür, təhsil və səhiyyənin səviyyəsinin daim qalxdığının, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olmasının şahididir. Onlar həmçinin qonşu ölkələrdə gedən mürəkkəb prosesləri də müşahidə edir və Azərbaycandakı sabitliyi yüksək qiymətləndirir. Hesab edirəm ki, bu rəqəmlər əhalinin aparılan siyasi xəttə dəstəyinin nümayişidir”.

Millət vəkili onu da vurğulayıb ki, sorğunun xarici ölkənin müstəqil rəy öyrənmə mərkəzi tərəfindən keçirilməsinin nəticələrin obyektivliyini göstərir: “Bu, həm də bundan sonra xalqın maraqlarına cavab verən siyasi xəttin davam etdirilməsinə böyük bir istəyin olmasının göstəricisidir. Vətəndaş buna inanır, özünü bu proseslərin birbaşa iştirakçısı sayır. İnsanlar bilir ki, onların da iştirakı ilə Azərbaycanda problemlərin sayı durmadan azalır”.

Qeyd edək ki, rəy sorğusu ING maliyyə holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən aparılıb. Məruzəyə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>