Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan...
Bizi izləyin

Nida Xəbər

Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan...

“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar görərsiniz”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Aydınlıq” qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek yazıb.

Onun sözlərinə görə, ABŞ-ın başındakı Buş-Rays (kiçik Corc Buş. 2001-2009-cu illərdə ABŞ prezidenti olub. Kondaliza Rayz 2002-2005-ci illərdə milli təhlükəsizlik müşaviri, 2005-2009-cu illərdə dövlət katibi vəzifələrində çalışıb – red.) şəbəkəsi bu xəritədə gömüləcək.

D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi qarşısında söylənilən fikirləri xatırladıb:

“Amerikanı o xəritəyə göməcək güclərin xəritəsini ABŞ-ın səfirliyi qarşısında açıqladıq. Xəritəyə görə, Türkiyə, İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı və Pakistan parçalanmalı idi. Azərbaycan torpaqlarının bir hissəi Ermənistana və Türkmənistan torpaqlarının bir hissəsi isə ABŞ-ın "kuklası" Kərzaiyə (Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai – red.) verilirdi. Hansı güclə? Sərhədlər mürəkkəblə deyil, güclə çəkilir. Hər real xəritədə bir riyaziyyat var. Bütün bu ölkələri qarşısına alan ABŞ özünü Yaxın Şərqə dəfn edəcək bir güc müəyyən edib. İraq xalqı ilə bacarmayan ABŞ ordusu Türkiyə, İran, Suriya və digər Yaxın Şərq ölkələrini parça-parça edəcəkmiş. Bir tək Türkiyə, İran və Suriya üçlüyü belə bu planı pozacaq gücdədir. Atomu parçalaya bilərlər, amma Türkiyəni əsla”.

Partiya sədri qeyd edib ki, göründüyü kimi, ABŞ özünün hazırladığı bu xəritədə gömülür.

“Gömülmək Obamalara, Tramplara, Tillersonlara nəsib oldu. ABŞ-ın dövlət katibi Reks Tillersona da bir zamanlar mürəkkəblə cızdıqları xəritə göstərilməli və məzara gömülən o xəritənin başında bir anma çıxışının edilməsi üçün söz verilməlidir. Tillersona 2018-ci il büdcəsində PKK/YPG üçün ayrılan 550 milyon dolların da cənazə xərci olacağı bildirilməlidir”, - o yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm