Azərbaycanla Böyük Britaniya hərbi əməkdaşlığa başlayır
Bizi izləyin

Nida Xəbər

Azərbaycanla Böyük Britaniya hərbi əməkdaşlığa başlayır

London şəhərində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm