Nida Xəbər
Hasan Oktay: "Azərbaycanda seçkilər uğurla keçiriləcək"
"Azərbaycan gənc bir dövlət olaraq demokratiyanın əsas formulası olan prezident seçkiləri ərəfəsindədir. Bu mənada gənc Azərbaycan dövlətində baş tutacaq bu seçkilərə həm yerli, həm də beynəlxalq aləmdə diqqət böyükdür".
Bu sözləri sechki-2018.az saytına açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKAZSAM) rəhbəri Hasan Oktay deyib.
O bildirib ki, Azərbaycan bölgənin güclü dövlətlərindən biridir və ölkədə demokratik seçkilərin keçirilməsi istiqamətində xeyli ciddi addımlar atılıb: “Bundan əlavə, 70 il sovet ittifaqının tərkibində olmasına baxmayaraq, ölkədə azad sözün, medianın inkişafı istiqamətində önəmli işlər görülüb. Azərbaycan Şərqdə ilk demokratik dövlətdir. Bu baxımdan ölkənizdə demokratiyanın 100 illik tarixi var. Bu önəmli göstəricidir”.
H.Oktay qeyd edib ki, seçkilərdən sonra Azərbaycanın daha da inkişafı istiqamətində siyasi və iqtisadi islahatların aparılması gözlənilir: “Bu baxımdan hazırda diqqət Azərbaycanadır. Hesab edirəm ki, dost və qardaş Azərbaycanda seçkilər uğurla keçiriləcək. Bu seçkilər ölkənizin gələcəyi üçün mühüm hadisə olacaq”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu