Las Veqasın merindən Cümhuriyyət bəyannaməsi
Bizi izləyin

Nida Xəbər

Las Veqasın merindən Cümhuriyyət bəyannaməsi

ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
Bu barədə Publika.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm