Salam Sarvan "Qafqaz üçlüyü” haqqında: "Buna da şükür"
Bizi izləyin

Nida Xəbər

Salam Sarvan "Qafqaz üçlüyü” haqqında: "Buna da şükür"

“Filmdə Rüstəm İbrahimbəyovun azərbaycanlıları ermənilərlə müqayisədə aşağılamaq niyyəti, cəhdi açıq-aşkar görünür”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış şair Salam Sarvan Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

Filmə baxdığını deyən şair, sənətkarlıq baxımdan çox bəsit olduğunu bildirib: “Amma alınmayıb, niyyəti baş tutmayıb. Nədən ki, bu filmin sənətkarlıq effekti yoxdu: bayağıdı, bəsitdi. Deməli, təsir gücü də yoxdu. Ümumən, sınaqdan keçmiş bir təcrübə var: əsərin estetik gücü olmayanda etik məqsədini tutuzdura bilmir.

Məsələn, məhz estetik gücü olmadığına, əttökənliyinə, şitliyinə görə "Koroğlu" filmində tariximizdəki igidlik və comərdlik məqamlarını təqdim eləyə bilməyiblər, əslində, vurub gözünü də çıxarıblar. Eləcə də, talantdan, sənətdən əsər-əlamət olmadığına görə "Qafqaz üçlüyü"ndə İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb. Buna da şükür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm