Əmlak bazarının dövriyyəsi 30 faiz azalıb
Bizi izləyin

Digər

Əmlak bazarının dövriyyəsi 30 faiz azalıb

Mərkəzi Bank Azərbaycanda daşınmaz əmlak dövriyyəsini ilin ilk 5 ayında 29,4%-ə endiyini açıqlayıb. Bildirilib ki, illik hesablamada daşınmaz əmlak bazarı 2015-ci ilin 1 iyun tarixində 2014-cü ilin 1 iyun tarixində sahib olduğu 2144,146 milyon manat göstəricidən 1513,022 milyon manata enib.

Publika.az-a bazarı şərh edən Value and Sources konsaltinq şirkətinin eksperti Rəşad Əliyev bildirib ki, köhnə mənzil bazarı 33,4% azalıb və 1326,727 milyon manata enib: “Bizim nöqteyi-nəzərimizdən bu rəqəm 3 səbəbə görə müsbət adlandırıla bilər. Birincisi, keçən ilin analoji dövründə ümumi qiymət səviyyəsi yüksək idi. Bu isə o deməkdir ki, əməliyyatların fiziki həcmi saxlansaydı belə dövriyyə məhdudlaşmalı idi. İkincisi isə bu il biz daşınmaz əmlak bazarında alış-satış əməliyyatlarında qəfil enmə müşahidə edirik. Hətta alıcı sayı iki qat azalıb. Üçüncüsü isə daşınmaz əmlak bazarına yönəldilə bilən potensial pul kütləsinin həcmi düşüb. Digər səbəblər də mövcuddur. Lakin 2015-ci ilin ilk 5 ayı ərzində daşınmaz əmlak bazarında “quraqlıq dövrünün” cəmi 33,4% enməsi fonunda belə biz düşünürük ki, ya bazarda vəziyyət o qədər də pis deyil, ya da təqdim edilən statistika bazardakı vəziyyəti tam əks etdirmir”.

R.Əliyevin sözlərinə görə, yeni mənzil bazarında 22,9%, yəni 186,295 milyon manat artımı sensasiyalı xəbər hesab etmək olar: “Belə bir statistika inşaat sektorunda artımı təcəssüm etdirə bilər. Sözügedən statistika bazardakı vəziyyətin əsl üzünü əks etdirmiş olsaydı, onu kifayət qədər pozitiv hesab etmək olardı. Daha doğrusu, belə qənaətə gəlmək olardı ki, inşaat sektoru inkişaf edir. Köhnə mənzil bazarı isə elə də dəhşətli səviyyədə deyil. Lakin təəssüflər olsun ki, bu statistika bazardakı cari vəziyyəti əks etdirmir. Lakin burada bir müsbət hal var ki, daşınmaz əmlak bazarında əməliyyatlar daha şəffaf xarakter alıb və daha az şey gizli saxlanılır. Düşünürük ki, bu qədər pozitiv məlumatların yeganə səbəbi bu ola bilərdi”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm