Eldar Namazovun istefa verəcəyi dəqiqləşdi-özəl
Bizi izləyin

Digər

Eldar Namazovun istefa verəcəyi dəqiqləşdi-özəl

Eldar Namazovun Milli Şuranı təkr etməsi dəqiqləşir.

Bundan əvvəl Publika.Az olaraq belə bir məlumat əldə etmişdik, lakin dəqiqləşdirə bilmədiyimiz üçün yayımlamamışdıq.

Adının çəkilməsini istəməyən “El” üzvü Publika.Az –a bildirib ki, E. Namazovun, yəni bütünlükdə “El”in Milli Şuradan getməsi dəqiqləşib: “Sadəcə olaraq bunu indiki məqamda açıqlamaq sərfəli deyil. Çünki ittihamlar və bir çox xaşagəlməz hallar ortaya çıxacaq. Bu baxımdan E. Namazov ehtiyatlı davranır. Özünün bəyanatında da dedi ki, bundan sonra hərəkatın gücləndirilməsinə dəstək verəcək. Buna qədər hərəkatın əksər üzvünün istəyi də bu idi.

Rüstəm İbrahimbəyovun vahid namizədlikdən, ardınca da sədrlikdən getməsindən sonra bu tələb daha da gücləndi. Amma mümkündür ki, hərəkatdan bir üzvümüz orda təmsil olunsun. Yerdə qalanlarsa hərəkatın güclənməsi istiqamətində çalışsın. Bunu Milli Şuradan ayrılmadan da etmək olardı. Lakin Milli Şurada qalmaq mövcud vəziyyətdə vaxt itkisidir. Hərəkat Milli Şurada qalsa məcburdur ki, quruma da əlavə güc sərf etsin, bu da bizim gələcək planlarımıza uyğun deyil”.

Hərəkat üzvü deyib ki, Milli Şurada bu günki durum heç də ürək açan deyil. Onun sözlərinə görə, R. İbrahimbəyovun təkcə müraciətinə baxdırmaq, onun getməsinin qarşısını almaq nə qədər çətin oldu, dünən keçirilən sessiyada bunun şahidi olduq: “Halbuki R. İbrahimbəyov Milli Şura üçün çox şey edib. Milli Şuranın yaradılmasında Eldar Namazov, bütünlükdə “El” əsas rol oynadı. Amma bu gün biz çox şeydən kənarda qalmışıq. Bütün bu oyunlara son qoymaq lazımdır”.

Hərəkat üzvü qeyd edib ki, E. Namazovun dünənki sessiyaya qatılmaması da onun gedəcəyinə dəqiq işarədir. Onun sözlərinə görə, yaxın günlərdə “El” öz gələcək proqramlarını, planlarını açıqlayacaq və daha çox bu istiqamətdə çalışacaq. O, E. Namazovun da Milli Şuradan gedəcəyinin yaxın günlərdə açıqlanacağını bildirib: “Sədr olaraq onun hərəkatda işləri çoxdur. Biz də bunu istəyirik”.

Qeyd edək ki, “El” üzvlərindən artıq Zəfər Quliyev Milli Şuradan istefa verib. Bununla yanaşı daha iki üzvünün də qurumu tərk etdiyi haqqında məlumat yayılıb. Musavat.com-un məlumatına görə, hərəkatın idarə heyətinin üzvü olan Köçəri Nağıbəyli (həm də E. Namazovun müavinidir) və Rahim Bağırov (hərəkatın təşkilat şöbəsinin müdiri) Milli Şuranı tərk ediblər.
Əldə etdiyimiz daha bir məlumata görə, hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev də istefa verə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm