Digər
Deputatlar Koreyaya gedir
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı
ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli
Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də
ölkənin paytaxtı Seula səfər edəcək.
Bu barədə Publika.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumata verilib.Nümayəndə heyətinin tərkibinə deputatlar – Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, İmamverdi İsmayılov, Sədaqət Vəliyeva, Rüstəm Xəlilov daxildirlər.
Səfər çərçivəsində millət vəkilləri Koreya parlamentinin fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətinin üzvləri Koreya Milli Assambleyasının spikeri Kanq Çanq-hi, vitse-spiker Park Byonq-sok, parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri ilə bağlı müzakirələr aparacaqlar.
Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə millət vəkillərinin ölkənin Baş naziri, xarici işlər naziri ilə görüşləri də nəzərdə tutulub.
Səfər zamanı deputatlarımız habelə Koreyanın informasiya
texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “SK Telekom”,
“Samsung Elektronics” mərkəzi, İnçon Texnoparkına baxış keçirəcək,
Kyonqbokqunq sarayı, Seulun digər görməli yerləri ilə tanış
olacaqlar.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu