Digər
İlham Əliyev yeni yeraltı keçidlərin açılışını edib - FOTOLAR
Mayın 5-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində - “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə “Şəfa” stadionu qarşısında piyadalar və avtomobillər üçün yeraltı keçidin mövcud vəziyyətini əks etdirən sxemə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov yeni qurğunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib.
Piyada keçidi ilə yaxından tanış olan dövlət başçısına məlumat verildi ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində piyadalar üçün indiyədək mövcud olmuş keçid probleminin tamamilə həllinə hesablanıb. Bu keçid təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, daxili dizaynı və dövrün tələblərinə cavab verən infrastrukturu ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, açıq havada qurulmuş eskalator piyadaların rahatlığını təmin etməyə yönəlib.
Sonra Prezident İlham Əliyev “Şəfa” stadionunun qarşısındakı yeni avtomobil keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, keçidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən keçidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan yollar salınıb.
Yeni qurğu ilə tanışlıqdan sonra prezident İlham Əliyevə Heydər Əliyev prospektində tikilmiş mövcud yeraltı avtomobil tunelindən keçərək Babək və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunun sxemi təqdim olunub. Dövlət başçısı yol tikinti layihələrinin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.
19:38
Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısı kitabxananın rəmzi açılışını bildirən lenti
kəsdi.
Prezident İlham Əliyevə kitabxananın ilk oxucu kartı təqdim
edildi.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına
kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat
verdi.
Bildirildi ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli
fondlarında 4 milyona yaxın kitab saxlanılacaqdır. Buradakı 14 oxu
zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap
məhsullarından istifadə edəcəkdir.
Diqqətə çatdırıldı ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı,
İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcəkdir. Hər iki
qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların
aparılması üçün müasir informasiya bazasını təmin etməkdən
ibarətdir.
Qeyd edildi ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə
dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı
yaradacaqdır.
Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan Prezidenti
müvafiq tapşırıq və tövsiyələrini verdi.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu