Mehriban Əliyeva “İlin Birinci Xanımı” seçilib
Bizi izləyin

Digər

Mehriban Əliyeva “İlin Birinci Xanımı” seçilib

"The Business Year" şirkəti Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Azərbaycan Respublikasının ictim

"The Business Year" şirkəti Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan edib.

Publika.az xəbər verir ki, bu barədə “The Buisness Year: Azerbaijan - 2014” nəşrinin təqdimat mərasimində məlumat verilib.

Mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm