Gürcüstandakı seçkilərdə qalmaqal - Azərbaycanlıları aldadıblar? - MÜSAHİBƏ
Bizi izləyin

Digər

Gürcüstandakı seçkilərdə qalmaqal - Azərbaycanlıları aldadıblar? - MÜSAHİBƏ

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının Marneuli merliyinə namizədi, əslən azərbaycanlı olan Əhməd İmamquliyev Publika.Az-ın Gürcüstana ezam olunmuş müxbirinə özəl müsahibəsində bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilginc faktlar açıql

Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının Marneuli merliyinə namizədi, əslən azərbaycanlı olan Əhməd İmamquliyev Publika.Az-ın Gürcüstana ezam olunmuş müxbirinə özəl müsahibəsində bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilginc faktlar açıqlayıb.


- Əhməd müəllim, müşahidə etdiyimiz məntəqələrdə seçici aktivliyi zəifdir. Bunu nə ilə əlaqələndirirsiniz?


- Aktivlik şəhərdə azdır, amma kəndlərdə seçici aktivliyi müşahidə olunur. Hazırda bəzi bazarlar açıq olsa da, bəziləri bağlanıb. Günü birinci yarısında insanlar açıq olan bazarlara gedir, bir qrup insan həftə sonu olduğu üçün şəhərdən kənarda dincəlir. Amma hesab edirik ki, günün ikinci yarısında seçici aktivliyi yüksələcək.

- İndiyə qədər hər-hansı qanun pozuntusu ilə bağlı məlumat almışınız?

- Hələlik yüksək sayda qanun pozuntusu yoxdur. Amma ən böyük qanun pozuntusu hakim “Gürcü arzusu” koalisiyasının namizədinin kəndlərə gedərək seçicilər arasında birbaşa təbliğat aparmasıdır. Bu kifayət qədər böyük qanun pozuntusudur. Buna görə də biz öz nümayəndə heyətimizi kəndlərə göndəririk.

- Amma “Gürcü arzusu” öz namizədini müxalifətin xeyrinə geri götürdüyünü açıqlamışdı.

- Xeyr, bu yalandır və çaşdırıcı oyundur. Mən belə düşünürəm ki, iqtidar bununla bizə qarşı növbəti siyasi addım atır. Bununla aktiv camaatı sakitləşdirmək və seçkiyə getməsinin qarşısını almaqdır. Belə addımlar camaatda qələbə çaldıqları düşüncəsini yaradırlar və nəticədə hər şeyi öz xeyirlərinı çevirmək istəyirlər. Bir tərəfdən də onların namizədi məntəqələri gəzib insanlara “mənə səs verin” deyir. Biz bunu bilirik və öz işimizi görüb sona qədər mübarizəmizi aparacağıq. Onların oyunları alınmayacaq.

- Bununla bağlı iqtidarın yaydığı bəyanat nəyə əsaslandı?

- Bu sadəcə söz idi. Namizədlərini geri götürdükləri ilə bağlı heç bir hüquqi sənəd yoxdur və hazırda namizədləri qanuna zidd olaraq yerlərdə təbliğat aparır.

- Seçkidən öncə keçirilən rəy sorğusunda sizi əhalinin 80 faizindən çoxu dəstəkləmişdi. Siyasi təcrübə göstərir ki, rəy sorğusu seçkinin nəticələrində də öz əksini tapır. Yəni bu, sizin üstün olduğunuz deməkdir. Əgər nəticələr əksinə olarsa, hansı addımları atmağı düşünürsünüz?

- Biz indiən bu barədə qərar verə bilmərik. Atacağımız addımlar da nəticələrdən sonra olacaq. Biz ümid edirik ki, nəticə bizim istədiyimiz kimi olacaq. Çünki əhalinin 80 faizindən çoxu bizi dəstəkləyir və iqtidarın əhalinin iradəsinə zidd gedəcəyinə inanmırıq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm