Digər
96 yaşlı Azərbaycan Ordusu - Fotolar
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 96 il ötür.
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının
kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı
gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu
istiqamətində addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş
“İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici
müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini
zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı
qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin
milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa
məhkumdur.
Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət
göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında
qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli
sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi.
Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk
müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir
postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant
Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk
hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey
mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu
Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf
qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan
ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid
Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi
generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini
bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli
Düdənginski kimi bacarıqlı hərbçiləri olub.
Güclü hərb ənənəsi olsa da, ikinci dəfə müstəqillik qazandıqdan
sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik
olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən
döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox
çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı
problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki
məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli
ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami
orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və
orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti
zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı,
eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin
sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi
prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas
oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti
dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun
qüdrətli olmasına diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən,
Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu
tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu
Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru
qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı
və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq
iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə
qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti
ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq
olaraq hərbi imkanları da genişlənir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan