Xanım sürücü idarə etdiyi maşını aşırdı
Bizi izləyin

Digər

Xanım sürücü idarə etdiyi maşını aşırdı

Bakının Nobel prospektində yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı üzü şəhər istiqamətindən Zığ şossesinə doğru hərəkətdə olan xanım sürücünün sükanı arxasında əyləşdiyi “Seat” markalı avtomaşın idarətmənin itirilməsi nəticəsində yoldan çıxıb.

Nəqliyyat vasitəsi “NZS” qəsəbəsinə doğru dönmək istəyən zaman əvvəlcə yol ayrıcında quraşdırılan üzərində təhlükəsizlik kamerası olan dirəyə çırpılıb. Bundan sonra isə avtomaşın yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət almasa da, nəqliyyat vasitəsində olan iki sərnişin yüngül dərəcəli bədən xəsarəti alıblar. Onlara hadisə yerindəcə tibbi yardım göstərilib.

Qəza nəticəsində avtomaşınla yanaşı təhlükəsizlik kamerası və dirək də aşaraq yararsız vəziyyətə düşüb. Hadisə yerində Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücü isə şəxsiyyətinin dəqiqləşdirilməsi və izahatının alınması üçün idarəyə aparılıb.

Qəzanın baş vermə səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm