Digər
Kobanidə İŞİD-in 25 üzvü öldürüldü - VİDEO
Suriyanın Kobani şəhərini ələ keçirmək üçün 25 gün bundan əvvəl hücuma keçən İŞİD terror təşkilatı ilə kürdlərin Xalq Müdafiə Bölmələri (YPG) arasındakı qarşıdurmalar getdikcə güclənir.
Publika.az-ın verdiyi məlumata görə, koalisiya güclərinin son hava zərbələri nəticəsində İŞİD-in 25 üzvü öldürülüb.
ABŞ-ın liderlik etdiyi koalisiyanın döyüş təyyarələri bu gün Kobaninin cənub və qərb hissəsində yerləşən İŞİD-in bəzi mövqelərinə zərbələr endirib. Hava hücumları ilə zərbə alan İŞİD silahlılarının Kobaninin mərkəzinə irəliləmək cəhdinin qarşısı isə YPG gücləri tərəfindən alınıb. Hələ də küçə döyüşlərinin davam etdiyi Kobanidə tez-tez partlayış səsləri eşidilir.
Kobanidə gedən son küçə döyüşləri İŞİD silahlılarının kameralarında da əksini tapıb.
Ömər Dağlı
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat