Ebolaya yoluxan BMT əməkdaşı xəstəxanadan buraxılıb
Bizi izləyin

Digər

Ebolaya yoluxan BMT əməkdaşı xəstəxanadan buraxılıb

Sierra Leonedə Ebolaya yoluxaraq Fransaya gətirilən BMT-nin qadın əməkdaşı müalicədən sonra sağalaraq evə buraxılıb.

Publik.az-ın "RiaNovosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Səhiyyə Nazirliyi açıqlama verib.

Qadının adı və milliyyəti açıqlanmasa da, Fransada bu xəstəlikdən tam müalicə olunan ikinci şəxs olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl könüllü şəkildə Sərhədsiz Həkimlər Təşkilatının nəzdində Liberiyaya gedən fransız tibb bacısı da xəstəlikdən yaxa qurtara bilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm