Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər açıqlandı
Bizi izləyin

Digər

Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər açıqlandı

Noyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,017 sığorta tələbi üzrə 1,188,252 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Publika.az xəbər verir ki, nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişi 1,101,122 manat olub. Əmlaka dəyən zərər üzrə bu rəqəm 29,630, sağlamlığa dəyən zərər üzrə 22,500, şəxsin ölümü üzrə 35,000 manat təşkil edib.

Yanvar-noyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 24,3 milyon manat sığorta ödənişi həyata keçirilib. İcbari Sığorta Bürosu noyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2 kompensasiya tələbi üzrə 7,800 manat, yanvar-noyabr ayları ərzində isə 65 kompensasiya tələbi üzrə 220,676 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm