Digər
Bakıda ucuz və bahalı torpaq sahəsi hardadır?- Açıqlama
2014-cü ilin son ayında torpaq bazarında təklif portfeli azalaraq 248 ədəd təşkil edib.
“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin ekspertlərinin Publika.az-a açıqlamasına görə, buna da səbəb qeyri-mövsümi aylarda torpaq bazarında aktivliyin azalması olub. Hansı ki bu da öz növbəsində qiymətin nisbətən azalmasına gətirib çıxarıb.
Mütəxəssislərin araşdırmalarına əsasən torpaq sahələrinin satış
müddəti (ekspozisiyası) ötən aya nisbətən 2,38% artıb: “Dekabr ayı
ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti -2,77%
azalaraq 19.476 dollar/sot səviyyəsindən 18.937 dollar/sot
səviyyəsində qərarlaşıb.
Bakı şəhəri rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu
və Səbail rayonlarında qeydə alınıb,müvafiq olaraq -6,51%, -7,44%
və -5,46%. Qeyd etmək lazımdır ki, ümumilikdə torpaq bazarında
qiymət azalması olmasına baxmayaraq, Abşeron rayonunda torpağın
qiymətində artım baş verib. Bunu mərkəzi rayonlarda torpaq
qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə nəzərə alsaq
ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı
artır, o zaman, mərkəzdən kənar rayonlarda torpaq sahələrinin
qiymətinin artmasını bazara uyğun hesab etmək olar. Son dekabr ayı
üçün torpaq bazarında Abşeron rayonu istina olmaqla, digər
rayonlarda passivlik müşahidə edilib. Ən passiv rayonlar şəhərin I
və II zonalarında yerləşən rayonlar qeydə alınıb. Qiymətlərin və
torpağa olan tələbin azalmasına uyğun olaraq, təklif portfelinin
həcmində son ayda azalma qeydə alınıb”.
Qrupun ekspertləri deyir ki, təklif portfelində ən çox paya malik IV zonadır- 87%. Ümumilikdə Bakı şəhəri üzrə alqı-satqı əqdlərinin əksəriyyəti III və IV zonalarda baş tutduğundan və hazırda qeyri-mövsümi ayların olması bu zonalarda qiymətlərin və alqı-satqı əqdlərinin sayında azalma tempi daha çox müşahidə edilib. Digər iki zona isə mərkəzdə yerləşdiyindən və burada tələb az olduğundan torpağın qiymətində azalma müşahidə edilib.
Məlum olur ki, ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Yasamal rayonunda, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Priküşkül qəsəbəsində qеydə alınıb, müvafiq olaraq 290 000 $/sot və 510$/sot: “Hazırda Abşeronda torpağın sotu 6115 dollar, Binəqədidə 20 384 dollar, Nərimanovda 154 775 dollar, Nəsimidə 142 452 dollar, Nizamidə 36 500 dollar, Qaradağda 5170 dollar, Sabunçuda 6236 dollar, Səbaildə 72 811 dollar, Suraxanıda 7488 dollar, Xətaidə 37 250 dollar, Xəzərdə 5352 dollar, Yasamalda 131 280 dollar olub”.
İqtisadiyyat şöbəsi
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu