Hitleri çökdürən SSRİ tankları: QISA TARİX
Bizi izləyin

Digər

Hitleri çökdürən SSRİ tankları: QISA TARİX

Birinci Dünya müharibəsindən bu günədək tanklardan müharibə və ya lokal münaqişələr zamanı istifadə edilir.

SSRİ-də də tank istehsalı yüksək səviyyədə olub.

İlk dəfə olaraq tanklardan Birinci Dünya müharibəsində istifadə edilib. Lakin Şərq cəbhəsində ruslar da, alman da tankdan istifadə etməyiblər. Sovet Rusiyasında tank istehsalı inkişafının birinci mərhələsi Vətəndaş müharibəsinin gedişatında ələ keçirilmiş qənimətlərdən sonra başladı. Belə ki, 1919-cu ildə Odessa yaxınlığında baş verən müharibədə “Reno” tankları ələ keçirilib. Bundan sonra, onların əsasında Nijni Novqorodda 12 tank istehsal edilir. MS-1 tanklarından ilk dəfə 1929-cu ildə, döyüş meydanında istifadə edilib.

Tankların ikinci mərhələsi 1929-1939-cu illərdə başlayıb. Bu vaxt SSRİ-dən kənarda da tanklar istehsal olunurdu. Qırmızı Ordu daha çox sadə tankların istehsalına üstünlük verirdi. Beləliklə də, sadə və yüngül T-26 və BT tankları peyda oldu.

1930-cu illərdə SSRİ-də olduğu kimi bütün dünyada taktiki-texniki tankların necə olması haqda düşünməyə başladılar. İrəli sürülən ideyadan sonra T-28 və T-35 tankları istehsal olunmağa başlandı. Bu tanklar daha çox rəqibin həmləsini dəf edə bilirdi.

T-28 tankları Polşa yürüşü və sovet-fin müharibələrində özünü doğrultdu. Lakin Finlandiya müharibəsindən V-2 dizel mühərrikli tank istehsal olundu.

Vətəndaş müharibəsi ərəfəsində Xarkov, Leninqrad, Stalinqradda tank istehsalı daha da inkişaf etdirildi. İkinci dünya müharibəsinin əvvəllərində SSRİ tankların kəmiyyətinə görə dünyanın bütün ordularından üstün idi.

İkinci Dünya Müharibəsi zamanı tankların istehsal olunduğu ölkənin şərq hissəsinin evakuasiya edildiyini və müharibənin ilk aylarında itkilərin çoxluğunu nəzərə alaraq, daha sadə və yüngül tankların istehsalına üstünlük verilməyə başlandı. Beləliklə də, T-34 və T-60 tankları istehsal olundu.

1942-ci ildən etibarən daha güclü tankların istehsalı haqda düşünməyə başladılar. Hazırlanan T-34 tankı İkinci Dünya Müharibəsinin ən güclü tankı hesab olunur. Müharibə boyu 48 min belə tankları istehsala buraxılıb.

Müharibənin ortalarında isə SSRİ-də SAU tanklarının kütləvi istehsalına başlanıldı.

70-80-ci illərdə SSRİ-də 3 əsas tank vardı. İstehsalı kimi, T-64 tankının mənimsənilməsi də ağır idi. Bununla belə, tank SSRİ-nin qərb əyalətlərində qalmaqda idi.

T-80 tankları qazborulu mühərrikə malik idi. Bu tankların sürəti də çox idi.

Digər məşhur tank isə T-72 idi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm