Digər
Səcdə edən “müqəddəs” donuz – FOTOLAR
Çin Xalq Respublikasının Çjeçyan vilayətində maraqlı hadisə baş verib.
Bir neçə gün əvvəl fermadan qaçmış 150 kiloqramlıq donuz vilayətin ən məşhur buddist Vençjou məbədinə gəlib. Heyvan məbədin qarşısında dizləri üstə yerə oturub. Heç kim onu yerindən tərpədə bilməyib. Donuz sanki səcdə edirmiş kimi, yerində donaraq qalıb.
Yalnız məbədin rahibləri heyvanın yanında dualar oxuduqdan sonra donuz özünə gəlib və onu məbədin qarşısından uzaqlaşdırmaq mümkün olub.
Donuzun məbəd qarşısındakı fotoları sosial şəbəkələrdə qızğın müzakirə edilib. Bəziləri səcdə edən donuzu “müqəddəslər” sırasına aid etməyi təklif edib.
Lakin onların bu arzusu ürəklərində qalıb. Çünki ferma sahibi donuzu tutan kimi sallaqxanaya aparıb. “Müqəddəs”i elə oradaca kəsiblər.
Publika.az Vençjou məbədinin qarşısında çəkilmiş fotoları təqdim edir.
İlqar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu