ÜDM 4,2 faiz artıb
Bizi izləyin

Digər

ÜDM 4,2 faiz artıb

Ümumi Daxili Məhsul (UDM) istehsalı 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olub.

Publika.az xəbər verir ki, əlavə dəyərin 36,3 faizi sənaye sahələrində, 10,4 faizi tikinti kompleksində, 15,5 faizi ticarət və pullu xidmət sahələrində, 6,7 faizi nəqliyyatda, 2,4 faizi rabitə müəssisələrində, 3,4 faizi aqrar bölmədə, 14,9 faizi digər sahələrdə yaradılıb. Əlavə dəyərin 66,6 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5,1 faiz, neft-qaz sektorunda isə 3,3 faiz artıb.

2015-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal olunub. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,4 faiz, o cümlədən neft hasilatı 1,6 faiz, əmtəəlik qaz hasilatı isə 10,5 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm