“Total”ın xalis mənfəəti 20% azalıb
Bizi izləyin

Digər

“Total”ın xalis mənfəəti 20% azalıb

2015-ci ilin birinci rübündə Fransanın “Total” neft şirkətinin xalis mənfəəti 20% azalaraq 2,663 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, korrektə edilmiş xalis gəlir isə 22% azalaraq 2.602 milyard dollar olub. Hər bir səhmə düşən xalis mənfəət 1.13 dollar olub.

Birinci rübündə şirkətin satışları 30% azalaraq 42,313 milyard dollar təşkil edib.

Karbohidrogen hasilatının ümumi həcmi gündə 2.395 milyon barel neft ekvivalenti təşkil edib ki, bu da 2014-cü ilin birinci rübünün göstəricisindən 10% çoxdur. Şirkət hasilatın artmasını Şimal dənizi və Nigeriyada yeni layihələrin istismara verilməsi və Anqaloda hasilatın artması ilə izah edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm