YAP sədrinin müavini ABŞ səfirini qəbul edib – FOTOLAR
Bizi izləyin

Digər

YAP sədrinin müavini ABŞ səfirini qəbul edib – FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

Publika.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai-siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli də iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm