Banklardan 2 mln. manatlıq gəlir
Bizi izləyin

Pul

Banklardan 2 mln. manatlıq gəlir

Banklardan 2 mln. manatlıq gəlir

Ölkədəki kommersiya banklarının faiz gəlirləri 2016-cı ildə 1 994 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 702,1 mln. manat təşkil edib.

Publika.az xəbər verir ki, ötən il bank sektorunun faiz xərcləri 1 079,7 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 461,8 mln. manat olub. Son nəticədə, banklar 914,4 mln. manat xalis faiz gəliri əldə edib.

Hesabat dövründə kredit təşkilatları qeyri-faiz əməliyyatlarından 338,3 mln. manat zərər edib, üstəlik bu növ əməliyyatlara 998,7 mln. manat xərc çəkib. Başqa sözlə, bankların xalis qeyri-faiz zərəri 1 337 mln. manat təşkil edib. Bununla da, maliyyə qurumlarının xalis əməliyyat zərəri 422,6 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 212 mln. manat yönəldib, digər mənbələrdən isə 9,4 mln. manat gəlir əldə edib, cəmi 42,5 mln. manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Azərbaycanın bank sektoru ötən ili 1 667,6 mln. manat xalis zərərlə başa vurub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm