Koreyanın bu addımı bitkoini çökdürdü - 13 min dollar UCUZLAŞMA
Bizi izləyin

Pul

Koreyanın bu addımı bitkoini çökdürdü - 13 min dollar UCUZLAŞMA

"CoinMarketCap" portalının məlumatına əsasən, dünyada ən populyar kriptovalyuta olan bitkoin 8,7% və ya 13,13 min dollaradək ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu ucuzlaşmaya səbəb Cənubi Koreyada kriptovalyuta ilə ticarəti qadağan edən qanun layihəsinin hazırlanmasıdır.

Bu barədə ölkənin ədliyyə naziri Pak San Gi açıqlama verib və bildirib ki, hakimiyyət virtual valyuta ilə bağlı vəziyyətdən narahatdır.

Qeyd edək ki, Cənubi Koreya “Bitcoin” və “Ethereum”un satışı üzrə ən böyük bazarlardandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm