• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu əlamətlər qadının əsl yaşını ələ verir

  • Qadın
  • 22 Mart 2014 17:05
  • 1 103 Baxış
Bu əlamətlər qadının əsl yaşını ələ verir

Günlər, həftələr, aylar, illər ötür... Təbiət əleyhinə çıxıb onunla mübarizə aparan qadınlar isə hər zaman gənc və gözəl görünmək istəyir. Bu mübarizədə heç də bütün qadınlar qalib çıxmır. Məsələn, özünü sevən qadınlar bu qaydaların hər birinə əməl edərək istəyinə qismən də olsa, nail olur. Etməyənlər nə qədər makiyaj edib, bəzənib-düzənsə də, bu əlamətlər qadınların yaşlarını ələ verir, hətta daha yaşlı görünməyə səbəb olur. Qadınların yaşını ələ verən əlamətlər bunlardır:

  1. Vaxtından əvvəl düşən dənlər - Səhhətdə yaranan problemlərdən dolayı dənlər vaxtından əvvəl düşə bilər.
  2. Sallanmış və boşalmış boyun dərisi – Boyun dərisi çox nazik olduğu üçün yaşlanmaya daha tez meylli olur.
  3. Baxımsız əllər – Qadının əlləri onun yaşını həmişə ələ verir. Əl dərisinə hər zaman qulluq göstərmək lazımıdır.
  4. Yaşına uyğun olmayan geyim - Yaşla zövqü bir-birinə uyğunlaşdırmaqdan çətin heç nə yoxdur.
  5. Parlaq makiyaj – Parlaq və dolğun makiyaj daha çox yetkin qadınlara xasdır.
  6. Nənənin parfumu – Əgər ətirdə nə isə xoşagəlməz, narahatçılıq doğuran və yaşınıza uyğun gəlməyən qoxu hiss edirsinizsə, ən yaxşısı onu istifadə etməyin.
  7. Qırışlar – Qırışların yaranmasının qarşısını almaq, onlardan yaxa qurtarmaqdan daha asandır. Günəş şüalarından qoruyan SPF tərkibli və nəmləndirici kremlərdən istifadə etmək, bir də dəriyə mütəmadi olaraq qulluq göstərmək lazımdır.
  8. Selulitlər – Portağal təəssüratı yaradan dəri ilə mübarizə aparmaq üçün balanslaşdırılmış qida rejiminə əməl etmək, idmanla məşğul olmaq, masaj etmək və nəmləndirici krem çəkmək tələb olunur.
  9. Günəşdə güclü yanan dəri – Günəşdə güclü qaralan dəri yaşlı göstərir, üstəlik dərinin nəmini soraraq qurudur. Nəticədə isə dərinin yaşlanmasına səbəb olur.
  10. Yorğun görünüş – Çuxura düşmüş gözlər, qəmgin, kədərli üz, qəzəbli sifət kifayət qədər tutarlı arqumentlərdir. Həyatı sevin, ən xırda şeylərdən zövq alın, ən əsası qəlbinizdəki balaca uşağı qoruyun.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR