Mark Zukerberq kök qadınları ələ salan səhifəni bağladı – FOTOLAR
Bizi izləyin

Qadın

Mark Zukerberq kök qadınları ələ salan səhifəni bağladı – FOTOLAR

Son günlər sosial şəbəkədə paylaşdığı fotolarla böyük marağa səbəb olan səhifələrdən biri bağlanıb.

Publika.az xəbər verir ki, “Facebook” və “İnstagram”da kök qadınların orijinal və fotoşopla ideal fiquraya salınmış haldakı fotolarını paylaşan “Project Harpoon” adlı səhifənin qadınları təhqir etdiyi iddia edilib. İcazə almadan kök modellərin, müğənnilərin və adi vətəndaşların müqayisəli fotolarını paylaşan səhifənin adminləri köklükdən əziyyət çəkən qadınlara kömək etmək istədiklərini bildirsələr də, onların bu addımı birmənalı qarşılanmayıb.

“Facebook”da 5 min 600 izləyicisi olan səhifənin qadınların gözəllik standartlarının qurbanına çevrilməməsi üçün xüsusi layihə həyata keçirən böyük çəkili model Tess Hollideyin fotosunu paylaşması isə etirazların qızışmasına səbəb olub.

“Bu “Facebook” səhifəsinin mənim fotolarımdan icazəsiz istifadə etməsi çox pis bir şeydir”, deyə yazan modelin şikayəti əsasında səhifə bağlanılıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm