Qadın
Baharın retro dəbi: büzməli ətək - FOTOLAR
Moda dünyasında retro küləkləri əsməyə davam edir. 1950-ci illərdən əsən küləklər 2014-ün bahar mövsümünə büzməli ətək modellərini də gətirib. Keçən il əsasən uzun ətəklər dəbdə idisə, bu il uzun ətəkləri büzməli ətək modelləri əvəz edəcək. Xüsusən də midi büzməli ətəklər mövsümün trendi olacaq. Büzmə elementi, hətta dəri parçalarda da tətbiq olunub.
Büzməli ətəklər qadınlığı əks etdirən bir detal olduğu üçün xanımları çox romantik göstərir. Midi ətəkləri hündürdaban ayaqqabı və ipək bluzla birlikdə sintez edilməlidir. Boyunuzun daha uzun görünməsi üçün ayaqqabını krem rənglərində alın. Mini ətəkləri isə baletkalarla geyinmək olar.
Büzməli dəri ətək – Mövsümün ən diqqət çəkən ətəkləri şübhəsiz ki, dəri modellərdir. Midi və mini büzməli ətək modelləri ofis stili üçün mükəmməl seçim hesab olunur. Bu ətəyi ağ köynək və stiletto ayaqqabı ilə geyinsəniz, qüsursuz stil sahibi olarsınız. Daha vamp görünmək üçün üst geyim olaraq dəri gödəkçə geyinə bilərsiniz. Trendlərin izi ilə gedənlər isə büzməli ətəkləri damalı köynəklərlə sintez edə bilər.
Soyuq havalarda büzməli ətəkləri qalın köynəklərlə də geyinə bilərsiniz. Sweatshirt-lərin populyar olduğu bir mövsümdə büzməli ətəyi bu tip köynəklərlə uyğunlaşdıra bilərsiniz. Həmçinin boğazlı köynəklər də düzgün seçim ola bilər. Belinizin incəliyini vurğulamaq üçün zərif bir kəmər taxmaqla eleqant obrazı tamamlaya bilərsiniz.
Publika.Az-ın qadın bölməsi ən yaxşı büzməli ətək modellərini toplayıb.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan