• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Yatmazdan əvvəl bunları yeməyin

  • Qadın
  • 23 Mart 2014 15:17
  • 1 323 Baxış
Yatmazdan əvvəl bunları yeməyin

Xəmir - Xəmir yeməklərin yatmazdan əvvəl yeyilməsi qadağan olan ən yağlı qidalardır. Acıdığımız zaman 30 dəqiqədə hazırlana bilən bir çox xəmir yeməkləri var. Ancaq xəmir yeməklərinin tərkibində yatdığımız zaman yağa çevrilən karbohidratların zəngin olduğunu unutmayın. Həmçinin pendir və yağla dolu olan xəmir yeməklərinin qlisemik indeksi yüksəkdir.

Pizza - Gündüz həzm sisteminiz bir dilim pizzanı rahat həzm edə bilər, gecə isə həzm sistemini çətinləşdirir. Çox yağlı olan pizzanın içində turşu miqdarı yüksək olan ərzaqlar var. Buna görə də mədə yanması riskini artırar.

Şəkər - Yağlı, xüsusən də tərkibində şəkər olan məhsullar beyin dalğalarının üzərində təsir edir və gecələri kabus kimi keçirməyə gətirib çıxarır. Sakit və rahat gecə keçirmək üçün şəkərli çərəzlərdən uzaq durun və daha yüngül və az kalorili olan yulaf ununa üstünlük verin.

Qırmızı ət - Yaxşı protein və dəmir mənbəyi olan qırmızı ət, stressli və uzun gündən sonra ehtiyaclnlz olan dərin, rahatladan və şirin yuxuya getməyə qoymayacaq.

Şokolad – Tünd şokolad beyin və yaddaş üçün faydalıdır, lakin bel ətrafı üçün olduqca zərərlidir. Ağzınıza kiçik bir dilim şokolad ata bilərsiniz, ancaq kim 1 dilim şokoladla kifayətlənir ki? Yatmazdan əvvəl şokoladdan uzaq durmağın başqa bir tərkibində kafein və ürəyi fəaliyyətə gətirib sizi oyaq saxlayan maddələrin olmasıdır.

Tərəvəz – Ləzzətli maddələrlə dolu olan tərəvəzləri yatmazdan əvvəl yemək o qədər də xeyirli deyil. Çünki soğan, brokoli və kələm kimi tərəvəzlərin tərkibində uzun müddət toxluq hissi verən liflərlə zəngindir. Gün ərzində rahat həzm olunsa da, gecə lif həzm sistemində çox yavaş hərəkət edir və aşırı mədə qazına gətirib çıxarır.

Hamburqer – Bütün yağlı, yüksək kalorili yeməklər kimi fastfood kimi qidalardan da uzaq durmalısınız. Bunlar mədənin təbii turşu istehsalını hərəkətə gətirir və gecə ərzində mədənin yanmasına səbəb olur.

Qırmızı bibər - Gündüzlər yağlı qidaların tərkibinə qatılan qırmızı bibər yağları əritməyə kömək edir və olduqca faydalı ola bilər. Lakin yatmazdan əvvəl yemək olmaz. Çünki protein və yavaş həzm olunan karbohidratlarla zəngindir.

Çipsi - Doymuş yağlarda qızardılan qidalardan təkcə yatmazdan əvvəl deyil, hər zaman uzaq durmaq lazımdır. Çünki bu qidaların içində yuxu pozğunluğuna yol açan bol miqdarda monosodyum glutamat adlı maddələr var.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR