Yazın fərqli makiyaj dəbi – FOTOLAR
Bizi izləyin

Qadın

Yazın fərqli makiyaj dəbi – FOTOLAR

2014-ün makiyaj trendində 5 fərqli eyeliner trendi var. Ən çox üstünlük verilən formalar isə bunlardır:

Ağ eyeliner - Göz altına korrektor çəkdikdən sonra eyeliner çəkib gözün kənarlarına yayın. Daha sonra gözün üst hissəsinə orta qalınlıqda bir xətt çəkin. Bəyaz qələmin yaxşı görünməsi üçün barmağınızla onu dəriyə hopdurun. Saf obraz yaratmaq üçün kirpiklərinizə qara tuş çəkə bilərsiniz.

Quyruqlu eyeliner - Göz kənarlarından başlayan nazik xətti gözün ortasından etibarən qalınlaşdırın, sonda quyruqla bitirin. Quyruqlu eyeliner gözləri daha dartılmış göstərir. Əgər gözləriniz çox böyükdürsə, bu forma gözləri nisbətən kiçik göstərəcək.

Pişik gözü - Gözün həm üst, həm də alt hissəsinə çəkilən qara qələm pişik gözü adlanır. Bunun üçün qalın, uzun və iti quyruq çəkmək lazımdır. Bu forma isə əsasən kiçik gözlü xanımlar üçün nəzərdə tutulub. Belə ki, gözləri olduğundan böyük göstərir.

Cüt quyruqlu eyeliner - Gözün üst və alt kirpik diblərindən nazik və uzun xətt çəkmək lazımdır. Hər iki xəttin eyni nöqtədə bitməsinə fikir verin. Bu forma da gözləri daha böyük və daha çəkici göstərir.

Rəngli qələmlər - Keçən il rəngli tuşlar dəbdə idisə, bu il rəngli göz qələmləri dəbdədir. Rəngli qələmləri gözlərinizə istədiyiniz formada çəkə bilərsiniz. Lakin bu qələmlərdən daha çox özəl gülərdə istifadə etmək tövsiyə edilir. Gözləriniz həm əyləncəli, həm də çox xoş görünəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm