Baharın ən eleqant ətək dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

Baharın ən eleqant ətək dəbi - FOTOLAR

Tropmet, ümumiyyətlə musiqili borudur. Ətəyin fasonu bud hissədə kip oturduğu və aşağıya doğru genişləndiyi üçün vizual olaraq musiqili boruya bənzəyir. Bunu bir növ peplumun, ətəyin aşağısına əlavə olunmuş fasonu adlandıra da bilərik. Yaxud qələm ətəklərin daha şənləndirilmiş fasonu da demək olar. Qeyd edim ki, 20-ci əsrin əvvəllərində bu paltar fasonu olduqca dəbdə idi. Artıq bir neçə mövsümdür ki, ardıcıl olaraq zərif modellər dəbdədir. Dizaynerlər kolleksiyalarından trampet ətəklərini hər dəfə yeni interpretasiyalarda təqdim edirlər. Trampet əvvəllər gecə ziyafətləri üçün nəzərdə tutulan donlarda istifadə edilirdi. Lakin hazırda gündəlik üsluba uyğunlaşdırılmış modellərə də rast gəlirik. Bu ətəkləri hündür daban, əsasən də biləkdən bağlanan ayaqqabılarla geyinməyi tövsiyə edirəm. Onlar sizi bahar havasına kökləyib ruhlandıracaq. Bu gün trampet ətəkləri nə ilə və necə geyinməyin yollarını izah edəcəyəm.

Əslində, bu sualın cavabı çətin deyil. Onu həm uzun boylu, həm də bəstə boylu xanımlar geyinə bilər. Lakin bəstə boylu xanımlara ancaq qısa tərzini geyinmək tövsiyə edilir. Bu ətəyin hər kəsə yaraşmasının əsas səbəbi isə ətəyin alt hissəsindəki volanların çiyin bərabərliyi ilə eyni vəziyyətdə olması və eyni ilə qum saatı kimi görünməsidir. Hətta ayaqları qalın olan xanımlar da trompet ətəklərə müraciət edə bilər.

Şifon köynəklər - Şifon köynəklər ətəyin zərif tərzinə uyğunlaşır. Əgər beliniz çox incədirsə, onun incəliyini vurğulamaq üçün nazik kəmərdən istifadə edə bilərsiniz.

Hündür daban ayaqqabılarla - Bu ətəklər də eyni ilə qələm ətəklər kimi hündür daban ayaqqabılarla əla qalır. Onları platforma, nazik burunlu stilettolarla uyğunlaşdıra bilərsiniz.

Qısa üstlərlə - Trompet ətəkləri pencəklə geyinmək istəsəniz, pencəyin beldən olmasına fikri verin. Ətəklər yüksən belli olduğu üçün qısa köynəklərlə də tamamlamaq şansımız var.

İdman köynəkləri ilə - Klassik üslubu idman köynəklərlə geyinmək mümkündür. Fərqlənməyi sevənlər üçün ideal seçimdir.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm