Ən böyük moda evlərində silahlı soyğun
Bizi izləyin

Qadın

Ən böyük moda evlərində silahlı soyğun

Londondakı Colette və Chanel butiklərinin qarətindən sonra Parisin Dior və Celine moda evlərinin anbarında soyğunçuluq hadisəsi baş verib.

Publika.Az "buro247.az" saytına istinadən xəbər verir ki, Parisin Monten avenyusundakı Dior anbarından ümumi qiyməti 100 min avro dəyərində çanta və ayaqqabılar oğurlanıb. Fransız mətbuatının verdiyi məlumata görə, hər iki şəxs silahlı olublar və anbarın mühafizəçilərindən birini yaralayıblar.


Celine moda evinin anbarında baş verən insident zamanı isə soyğunçular yalnız kassadan pul götürməklə kifayətləniblər. Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm