Qış dəbinin son trendi - FOTOLAR
Bizi izləyin

Qadın

Qış dəbinin son trendi - FOTOLAR

Qızların əksəriyyəti qış geyimlərinin müəyyən üslubunda çətinlik çəkir, həm də dəbin son trendlərindən xəbərsiz olurlar. Publika.Az-ın qadın bölməsi bu gün qış dəbinin son trendlərindən biri olan tvid parçası haqqında məlumat verəcək.

Koko Şanelin modada cızdığı tvid parçası eleqantlığın və zadəganlığın bir nümayəndəsi olmağa davam edir. Bu mövsüm Chanel, Dolce & Gabbana və Lanvin kimi moda evləri tvid parçalarını yenidən gündəmə gətiriblər.

Qış dəbi öz hüquqlarını artıq tam bərpa edib və çoxdan unudulmuş tvid parçasını yenidən dəbə qayıdıb. Bu parça şotlandiyalı hersoq Vindzorskoqun ən sevimli parçalarından biri kimi tanınırdı. Əfsanəvi madmazel Koko Şanel də bu parçanın pərəstişkarlarından olub. Tvid əvvəllər həqiqətən də ləyaqətli və mötəbər parça sayılırdı. Belə ki, qış dəbinə klassik stil, ingilis motivlərini xatırladan kostyumlar, tvid parçadan tikilən geyimlər, papaqlar yenidən qayıdır.

Əvvəllər parça sırf kişi materialı sayılırdı, ancaq o, son vaxtlarda qadın geyimlərinin sevimli parçasına da çevrilib. Chanel üslubunda qısa pencəklər və jaketlər dəbdə olmaqdan əlavə qış aylarında isti saxladığı üçün çox istifadə edilir.

Onlar isti, qısa şortlar, birrəngli və nazik balıqçı yaxalıqlı, yaxud da şifon parçadan tikilən, maraqlı yaxalığı olan köynəklə ideal təsir bağışlayacaqlar. Qış modasına tvid parçadan tikilən müxtəlif uzunluqda olan ətəklər, əsasən də retro stili daxildir. 70-ci illərin məşhur stili kloş ətəkləri də aktualdır.

Belə bir ətəyin altına bir neçə ayaqqabı modeli seçə bilərsiniz. Həm nazik, həm də qalın dabanlı çəkmələr geyinmək olar, hansı ki, bu mövsüm xüsusilə məşhurdur. Həmçinin dizaynerlər klassik dəst kostyumları geri qaytarmaq qərarına gəlib, bu stili dəbə vaxtı ilə madam Koko Şanel qovuşdurub. Belə kostyumlar da əsasən tvid parçadan tikilir.

Qısa, qara paltarlar istənilən mövsümdə aktualdır. Ancaq qış aylarında daha qalın variantını seçmək lazımdır. Qara rəngdən başqa qəhvəyi, karamel, torpaq rəngi, buğda sarısı və zeytun yaşılı əlavə edilmiş çalarlar dəbədir.

Beləliklə, həmişə zövqlü və müəyyən üsluba malik üçün sadəcə, dəbin son trendlərinə əsaslanan düzgün qarderob seçməyi bacarmaq lazımdır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm