Bu köynəklər yayın dəb zirvəsini işğal edəcək – FOTOLAR
Bizi izləyin

Qadın

Bu köynəklər yayın dəb zirvəsini işğal edəcək – FOTOLAR

2014-ün yayında klassikləşən ağ-qara zolaqlı geyimlər olduqca populyardır. Breton bluzlar, yəni, ağ-qara zolaqlı köynəklər ilin ən brendi olmaq özəlliyinə sahibdir. Bu gün ağ-qara zolaqlı geyimlərin modaya necə daxil olması haqqında danışacağam.

Breton bluzların tarixçəsi olduqca maraqlıdır. Fransız donanması əsgərlərinin uniformaları onların həyatını xilas etmək məqsədilə yaradılıb. Belə ki, dənizə düşən əsgərlərin aydın görünməsi və onları tez xilas etmək məqsədilə yaradılıb. Əfsanəvi qadın və modelyer Koko Şanel 1900-cu illərin əvvəllərində dənizçi uniformasından ilham alaraq kolleksiyalarında bu təsvirlərdən istifadə edir. Şaneldən sonra digər dizaynerlər də onun izi ilə gedərək ağ-qara zolaqlı geyimləri qadın qarderobuna daxil edir. Breton bluzlar keçən əsrin bir çox dəb ilahələrinin də sevimlisi olub. Audrey Hepbrun və Merlin Manronun stilində tez-tez rast gələrik.

2014-cü ildə yenidən dəb gündəmini işğal edən breton köynəklər sadəliyi sevənlərin seçimi olacaq. Onları istənilən geyimlə uyğunlaşdırmaq olar. Bu mövsüm onlar ən çox üstündə çiçək təsvirləri olan şalvar, yubka və şortlarla birləşdirmək olar. İdman üslubunun həvəskarları onları cırıq cinslərlə uyğunlaşdıra bilərlər.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm