Kişilərin xarizmasının pozulduğu anlar
Bizi izləyin

Qadın

Kişilərin xarizmasının pozulduğu anlar

Bir kişinin xarizması nə vaxt pozular?

İlk görüşdə salamlaşma zamanı tərləmiş əllər.

Əllərini yuduqdan sonra yaş-yaş sağollaşması və “Tanış olduğumuza məmnun oldum” deyərək, əlinizi sıxdığı an.

5 qədəh içdikdən sonra sizə deyil, bütün diqqətini kafeyə gələn başqa bir qıza cəmləməsi.

Masaya yaxınlaşan ofisianta gözünüzün içinə baxa-baxa “araq cinsəlliyi öldürür” deyərək, nanəli su sifariş verməsi.

Çox danışan və istiqanlı olduğu sübut etmək üçün havadan, sudan danışaraq əsas mövzudan uzaqlaşması.

Sevgidən danışdığı an həyəcandan lazım olduğundan artıq coşması və dodağının arasında tüpürcək yığılması.

Ciddi və rəsmi üslubda geyinib, boğazında qalstuk taxmağına baxmayaraq, şalvarındakı zəncirbəndin açıq qalması.

Şalvarına və ayaqqabısına uyğun olmayan rəngli corablar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm