• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

Türkan Şoray: “Ölməz eşqi sadəcə filmlərdə yaşadım” - FOTOLAR

  • Qadın
  • 17 Aprel 2017 07:00
  • 1 644 Baxış
Türkan Şoray: “Ölməz eşqi sadəcə filmlərdə yaşadım” - FOTOLAR

Sahib olduğu gözəlliyi Türkiyədə ona "Əsrin qadını", "Gözləri ömrə bədəl", "Məhəbbət abidəsi", "İbadət ediləsi qadın" və başqa xitabları qazandırıb. Filmlərdə dondan-dona girər, istər məzlum, istər ehtiraslı qaraçı, istər mülayim, istər ciddi və məğrur, istər bədbəxt və yoxsul, istərsə də varlı və əsilzadə rollarını məharətlə canlandırardı. Əsrin qadını dedikdə Türk kinosunun Sultanı - Türkan Şoraydan başqa kim ağla gələ bilər ki? Bəli, Türkan Şoray pərəstişkarlarının qəlbində elə taxt qurub ki, ekranda görünməməsinə baxmayaraq, adı dillərdən düşmür. Bu yaxınlarda "Sinemam ve ben" kitabını buraxan 71 yaşlı aktrisa “Hurriyet”-ə bu barədə geniş müsahibə verib.

Publika.az Türkiyə mətbuatına istinadən aktrisanın müsahibəsini təqdim edir.

- İyun ayında doğullmusunuz. Xasiyyətiniz Xərçəng bürcünün cəhətləri ilə üst-üstə düşür?

- Xərçəng bürcləri çox utancaqdır, qapalı olur, öz yuvasına çəkilib orada gizlənir.

- Siz də eləsiniz?

- Bəli.

- İstər şux, istər qəzəbli, istər məğrur... Ssenari nə tələb edərsə, bütün qüvvənizlə rollarınızı ustalıqla canlandırmısınız. Amma normal həyatda ürkək bir xanımsınız. Sizin haqqınızda hər şeyi canlandıran, amma özünü oynamayan qadın demək olar?

- Doğru dediniz, çox gözəl analizdir. Bəlkə də başqa bir şəxsiyyətdə özümü daha sərbəst və daha rahat hiss edirəm. Həyatda özümə qaydalar qoymuşam. Bu səbəbdən mən həyatı kinoda daha doya-doya yaşadım.

- Həyata gözəl qadın olaraq doğulmaq nə deməkdir?

- Təbii ki, belə tanınmaq gözəl hissdir. Amma mən gözəlliyimlə başqalarından fərqləndiyimi düşünmürəm. Klassik cavab olsa da, insanın daxili gözəlliyinin üzündə əks olunduğuna inanıram. Mənim qəlbim gözəldir. Yəqin ki, bu səbəbdən də insanların gözündə gözəl görünürəm.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Anam "Tanıdığım, bildiyim hər kəs, hər bir kişi ona aşiq idi" deyərdi. Bütün məmləkətin aşiq olduğu bir qadın! Bəs Türkan Şoray öz sevgi payını ala bilib?

- Şəxsi həyatımda yox. Ölməz və əsl sevgini mən filmlərdə, kinoda yaşadım. İnanın ki, filmlərdəki eşqlər daha gerçəkdir. Çünki real həyatda, xüsusilə müasir dövrdə sevgi-məhəbbət saman alovu kimidir. Əvvəlki eşqlərsə vulkan kimiydi. Bir an partlayır, sonra sakitləşirdir, bir də nə zaman partlayacağı məlum deyildi. Həqiqətən fərqli idi. O dövrün sevgiləri indiki kimi bir-iki cümləlik mesaja sığmırdı.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Hansı film həyatınızda dönüş nöqtəsi oldu?

- “Acı Həyat” filmi. Kino sektoruna yeni daxil olmuşdum. Ordakı roluma görə, “Qızıl Portağal” almışam. O filmdə özümü, özünəqapanmış Xərçəng qadınını oynadığımı deyə bilərəm. "Acı həyat" filmi şəxsi həyatıma və gələcəkdə oynayacağam rolları seçməyimə təsir etmişdi. Mina rolu mənə, mən də Minaya həyat verdim.

- 15 yaşında filmə çəkilən Türkan Şoraya indi hansı məsləhəti verərdiniz?

- "Özünə inan. Qorxma, bacaracaqsan" deyərdim. O illərdə çox qorxurdum, "Bir daha filmdə çəkilə biləcəyəm?” deyə düşünürdüm. Amma yaxşı ki, bunları yaşamışam. Çətinlik çəkmədən yüksəlməyin ləzzəti olmur.

- Bu gün kinoda çəkilsəydiniz, Sultan qanunlarını yenə də irəli sürərdiniz?

- Yox. Sadəcə o illərdə bəzi şərtlər qoymaq lazımıydı. Dövrün tələbi bu idi.

- Sizin filmlərinizi dəfələrlə izləyirik, doymuruq. Köhnə filmlərdəki səmimiyyətin həsrətini çəkirik.

- O filmlərin səmimiyyəti üçün sizin kimi mən də darxıram. Münasibətlər çox dəyişib. Çoxuşaqlı ailələrin qaldığı bağ evlərini göydələnlər və iqamətgahlar əvəz edib. Keçmişdə qonşularla çox isti münasibətlər vardı. Çay, şəkər bitəndə anam məni qonşuya göndərərdi. İndi yuxarı mərtəbədə yaşayanları tanımırsan. Kino da dövrünün şahididir. Özümüzə nə etmişiksə, kinoda da onu görürük.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Bu günün Türkiyəsi sizi qorxutmur ki?

- Yalnız onu deyə bilərəm ki, ölkəmizin gözəl gələcəyinə hər zaman inanmışam.

- 200-dən çox filmə çəkilmisiniz, ən gözəl rolunuz hansıdır?

- Bəyəndiyim, "Yaxşı ki, bu obrazı canlandırmışam" dediklərim var. Məsələn, “Vesikalı Yârim”. Törə olaylarını anladan “Berdel”, “Selvi Boylu Al Yazmalım”.

- Sizcə kameranın önü ilə arxa planı arasında nə fərq var?

- Rejissorla aktyor bir bütündür, amma hər şeyə nəzarətçi rejissordur. Rejissor o dünyanı qurar, aktyor rejissorun vasitəçisi və materialıdır.

- Qızınızı çəkdiyiniz "Uzaqlarda axtarma” filmində sizi xırdaçılıqda tənqid etdilər. Çox uzun çəkdi, həm də baha başa gəldi. Siz isə bir açıqlama vermədiniz.

- Niyə tənqid edirlər ki? Belə də olmalıdır.

- Keçən il albom çıxartdınız, halbuki, filmlərdə canlıandırdığınız müğənninin mahnılarını başqaları səsləndirib.

- Əslində mahnıları da özümüz oxumalı idik. Amma o vaxt filmlər səssiz çəkilirdi. Studiyaya girib mahnıları oxumaq aylar çəkərdi. Halbuki bir filmi bitirib, ertəsi gün başqa bir filmin çəkilişlərinə başlayardıq. Prodüserlər işi tez görməyin tərəfdarı idi. İndiki ağlım olsaydı, qətiyyən belə etməzdim.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Peşmansınız?

- Bəli. Bu, mənim kinodakı səhvlərimdən biridir. Öz şərtlərimi irəli sürə bilərdim. Səsim peşəkar ifaçılar qədər gözəl olmasa da, tamaşaçı onu da qəbul edərdi. Albom çıxartmağımın da səbəbi var. Dünyadan köçdükdən sonra "Kino tarixində bir Türkan Şoray vardı" deyiləcək. Tamaşaçılarıma səsimin də xatirə qalmasını istədim. Bir də mahnı oxumağı çox, çox sevirəm. Aktrisa olmasaydım, 100 faiz müğənni olardım. Və əminəm ki, bu sahadə uğur əldə edərdim.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Çox çürükçüsünüz?

- Həm də dəhşətli dərəcədə vasvasıyam. Kaş ki, elə olmasaydım. Nə edim ki, ən kiçik detal da gözümdən yayınmır.

- Xalid Akçatepeni də itirdik. Onun haqqında nə deyərdiniz?

- Kədər içindəyəm. Onun kimi aktyorlar olmasaydı, köhnə türk kinoları bu qədər uğurlu və səmimi alınmazdı. Sevgili Xalid Akçatepe onlardan biri idi. Kino üçün doğulmuş insan idi. Həsrətini çəkdiyimiz insanların sayı getdikcə çoxalır...

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Onunla bağlı unuda bilmədiyiniz xatirə var?

- Gülən üzünü heç vaxt unutmayacağam.

- İndiki kinematoqrafçılarla keçmişi müqayisə etdikdə nə fərq görürsünüz?

- Biz qandallanmışdıq. İndiki kinematoqrafçılar senzura deyilən bəlanın nə olduğunu bilmir. Senzuradan dolayı istədiyimiz filmləri çəkə bilmirdik. Hər film Ankaraya göndərilirdi. Həyəcanla oturub filmin təsdiq olunub-olunmayacağını gözləyirdik. Məsələn, “Fosforlu Cevriye”də senzuradan dolayı əsas məğzini çıxarmalı olmuşduq.

Romanda küçə qadını bir inqilabçıya aşiq olur. Finalda polis onları tutmasın görə özünü fəda edir. Biz bunu çəkmək istəyəndə icazə vermədilər. Kadir İnanır inqilabçı rolunda çəkiləcəkdi, lakin cinayət törədən adı bir insanı canlandırmalı oldu.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- "Sinemam ve ben" kitabını niyə yazdınız?

- Bu kitabda bütün yaşadıqlarım və ruhum əks olunub. 1960-cı ildən bəri türk kinosundan baş verənlərin şahidiyəm. Kitabda yazdığım hər şey doğrudur, həqiqətdir. Yeni nəsil üçün türk kinosunun tarixini yazdım. Bu, əslində tərcümeyi-hal deyil. Onu yazmaq mənim vəzifə borcumdur.

15 yaşında sinemaya yeni giren Türkan’a gidebilsem... ‘Kendine güven. Korkma, başaracaksın’ derdim

- Kinoya çəkilmək istəyən gənclərə nə demək istərdiniz?

- Kino laqeydliyi sevmir. Bu işə hobbi kimi baxmaq olmaz. Həm səyahət etmək, həm də kino ilə məşğul olmaq çətindir. Kino qısqanc sevgili kimidir. Onu atsanız, o da sizi “part” deyə yerə atacaq.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>