Avstraliyalı məşhur arıq modellərə meydan oxudu - FOTO
Bizi izləyin

Qadın

Avstraliyalı məşhur arıq modellərə meydan oxudu - FOTO

Modellik kriteriyaları artıq uzun illərdir ki, 90, 60, 90-la ölçülür.

Publika.az xəbər verir ki, dəb həftələrində bu standartlar əsas götürülsə də, müasir dövrdə qızların dolu bədənli olması gözəllik əlaməti hesab olunur. Məsələn, 23 yaşlı avstraliyalı Stefania Ferrario adlı gözəl dəb sənayesində təkcə arıq modellərin tələb olunmasını düzgün hesab etmədiyini deyib.

Karyerasına 16 yaşında 55 kq olaraq başlayan Stefania Ferrario uzun müddət kök olduğu üçün iş tapmaqda çətinlik çəkib. Lakin bu vəziyyət onu ruhdan salmayıb.

Boyu 1.72 m, çəkisi isə 75 kq olan Stefania Ferrario gözəl üz cigziləri və qum saatı formasında bədəni sayəsində əvvəlcə instaqramda məşhurluq qazanıb. Sonra isə bəzi moda evlərinin, o cümlədən alt paltarı markalarının diqqətini çəkib. O, bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, böyük bədən ölçülü modellər yoxdur. Kök xanımların bu cür təqdim edilməsi isə yanlışdır. S.Ferrario öz instaqramda səhifəsində də bu mövzuya tez-tez toxunur.

Ferrario böyük bədən ifadəsinin ləğv edilməli olduğunu vurğulayıb:

"Onda qadınlar podiumda nümayiş edilən paltarların özlərində necə göründüyü daha asan xəyal edə biləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm