Qadınların kişilərdən oğurladığı ayaqqabı modelləri – FOTOLAR
Bizi izləyin

Qadın

Qadınların kişilərdən oğurladığı ayaqqabı modelləri – FOTOLAR

Bu mövsüm kişi üslubuna adi olan bir çox elementlər qadın qarderobunda da əsas yeri tutur. Kişi üslubuna aid olan Oxford ayaqqabı modelləri aktual olacaq. Bu ayaqqabıların dəb aləmində əsl adı Brogue ayaqqabılarıdır.

Brogue ayaqqabılarının keçmişinə nəzər salsaq, İrlandiya, Şotlandiyaya xas olduğunu müşahidə edərik. Bu ayaqqabıların ən önəmli özəlliyi sukeçirməz dəridən hazırlanması və üzərində açılmış dəliklərdir. Bu dəliklərin ilk baxışda ayaqqabını korladığını düşünsəniz də, sadəcə bəzək məqsədilə edilmədiyini vurğulamaq lazımdır. Brogue ayaqqabılarının üzərindəki dəliklər ayaqqabıların su keçirəcəyi halda suyun çıxması məqsədilə düzəldilib. Bu cür ayaqqabılar ilk dəfə İrlandiya kəndlərinin sakinləri tərəfindən düzəldilib.

Bu cür ayaqqabılar vaxt ötdükcə kəndlilərə xas olan ayaqqabı olmaqdan çıxıb şəhər modasına daxil olur və dizaynerlərin diqqətini çəkir. Kişilərin sevimli ayaqqabı modeli olan Brogue ayaqqabıları daha sonralar qadınlar tərıfindən mənimsənilir. Qadınlar daha çox qısa dabanlı modellərinə üstünlük verirlər. Yastı dabandan əlavə, hündür modellərin də qadın qarderobunda xüsusi yeri var.

2014-ün ayaqqabı dəbində bu modellərin mühüm yeri var. Klassik qara və qəhvəyi tonlardan əlavə, ikirəngli Brogue ayaqqabılarına da rast gəlirik. Xüsusən də əlvan rənglərin qarışığından, ağ və qara rəngin sintezindən ibarət olan modelləri daha çox diqqət çəkir. Qızılı və gümüşü rənglərdə hazırlanan modellər də var. Publika.az-ın qadın bölməsi ən yaxşı modelləri toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm