Qadın
Qadınlar kişilərdə ilk növbədə BUNA DİQQƏT EDİR
Qadınların fikrincə, kişiləri cazibədar edən heç də onların ucaboy, qamətli olması, saçları, geyimləri deyil. Qadınlar kişilərdə əsasən bədən quruluşuna diqqət edir.
Publika.az xəbər verir ki, Kaliforniya ştatının Qriffita universitetindən olan qadın alimlərin maraqlı araşdırması dünya mediasında geniş müzakirə olunub. Belə ki, araşdırma sorğu şəklində aparılıb və yaşı 20-dən 50-yə qədər olan 150 qadın iştirak edib.
Onlara müxtəlif yaşlı kişilərin çılpaq və geyimli fotoları göstərilib. Qadınlar isə kişilərdə onları ilk cəlb edən nüanslardan danışıblar.
20-25 yaş arası qadınlar kişilərdə ilk olaraq bədən quruluşuna, xüsusilə də əzələli qollara, enli kürək və geniş çiyinlərə önəm verdiklərini deyiblər. Bu yaşda qadınlara cazibədar və çəkici gələn məqamlar bunlar olub.
30-40 yaş arası qadınlar daha maraqlı fikir irəli sürüb. Onlar kişilərdə sadəcə artıq çəkinin olmamasına diqqət edirlər. Xarici görünüşdən yaşından daha cavan və şux qamətli kişilərə üstünlük versələr də, ən əsası maddi vəziyyətinin yüksək olmasıdır.
40 yaşından yuxarı qadınların cavabı isə alimləri dəhşətə gətirib. Onlar daha cavan 25-30 yaş arası bəylərə üstünlük verdiklərini deyirlər. Bunun səbəbi isə şəxsi və intim həyat ilə bağlıdır. Bu yaşda enli kürək və daha dik ombalara sahib kişilər qadınları cəzb edir, hətta şəhvət hissləri oyadır.
Alimlər nəticələri elan etdikdən sonra sosial şəbəkələrdə bu mövzu geniş müzakirə obyektinə çevrilib. Bəzi qadınlar qeyd olunan fikirlərlə razılaşmayıb. Bir qrup qadın isə 40 yaşından yuxarı qadınların fikrini olduqca təbii hesab edərək, məhz bu səbəbdən cavan ailələr dağılır deyiblər.
Rəylərdə özündən cavan kişilərlə münasibətdə olan ulduzlar (Cennifer Lopez, Alla Puqaçova, Paris Hilton, Demi Mur, Madonna və s.) belə misal gətirilib.
Könül Cəfərli
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO