Gənc görünən qaşlar üçün bunları edin
Bizi izləyin

Qadın

Gənc görünən qaşlar üçün bunları edin

Ən böyük düşmən: Azalan qaşlar
Saçlar töküldüyü kimi, qaşlarda zaman keçdikcə seyrəlir və yaşlı göstərir. Boşluqları doldurmaq üçün qaş kirşanı və ya qara göz kölgəsi çəkə bilərsiniz. Beləcə daha gur görünəcəklər.

Yox olan qaşlar üçün
Qaş fırçasını kirşana batırıb və qaşların seyrəldiyi yerlərə çəkin. Boş qalan hissələrə isə daha çox kirşan çəkin. Təbii görünməsi üçün kirşanı qaşlara yaxşıca yedirin.

Azalan uclar
Qaşlar vaxt keçdikcə uc hissələrdən azalmağa başlayır. Ancaq qaşları çox alanda da buna səbəb ola bilər. Qaşın uc hissəsi qıvrımın başladığı yerdir, gözləri gənc və seksual göstərir. Qaşları qaş qələmi ilə uzada bilərsiniz.

Ağaran qaşlar
Boz və ya ağ qaşlar görünməz olduğu üçün sizi qoca göstərir. Düzgün texnika ilə tükləri gizlədə bilərsiniz. Qaş rənginə uyğun qələmlə ağ tükləri boyamaq çətin deyil. Əgər sayı çoxdursa, keçici saç boyasından istifadə edin.

Aşırı uzanan qaşlar
Qalın qaşlar gözləri daha kiçik, uzun, gur qaşlar da eyni zamanda gözləri solğun və yorğun göstərir. Artıq tükləri kəsərək, ya da alaraq formaya sala bilərsiniz. Qaş qayçısı ilə uzun hissələri kəsin. Lazım olsa, qaş kirşanı və qələmlə rəngini tündləşdirin.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm