Yazda trend olacaq gödəkçələr – FOTOLAR
Bizi izləyin

Qadın

Yazda trend olacaq gödəkçələr – FOTOLAR

Bu il “Jill Sander” Pre-Fall kolleksiyasında ilk dəfə qarşımıza çıxan bomber gödəkçələr çox dəbdədir. Bu modellərə həm “kolaj”, həm də “varsity” gödəkçələr deyilir.

Bomber gödəkçə modelləri və tərzi baxımından daxilinizdəki gənclik ruhunu üzə çıxarır. Barmaqlarınızı üzüklərlə bəzəyərək bu gödəkçələri daha dəbli hala sala və beləcə idman stilinin eleqantlğına qovuşmuş olarsınız.

Gödəkçələri həm də iri şərflərlə geyinərək, klassik bir üslub əldə edə bilərsiniz. Dəri, yaxud bleyzerlərin yerini tutan bu gödəkçələr yazın əsas trendi olmağa iddialıdır. Onu həmçinin qələm ətək, şort, ya da hündür daban ayaqqabılarla geyinə bilərsiniz.

Əgər siz də gənc və çılğın obraz yaratmaq istəyirsinizsə, sizin üçün seçdiyimiz modellərə mütləq nəzər salın...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm