Yazın çanta dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

Yazın çanta dəbi - FOTOLAR

Sabahdan yaz mövsümü öz qədəmlərini qoyur. Deməli, yaz dəbinin trendlərindən danışmaq vaxtı yetişib. Bu gün dəb həftələri ərzində nümayiş olunan çantalardan hansılarının trend olacağından bəhs edəcəyəm.

Yeni mövsüm bir-birindən gözəl çanta modelləri ilə doludur. Hansı çantaların dəbdə olacağını moda evlərinin hazırladığı modellərə baxaraq müzakirə etsək, daha yaxşı olar:

Pul kisəsi formasında olan çantalar – Bu mövsüm həm pul qabına, həm də çanataya pul xərcləməyəksiniz. Çünki yeni mövsümün çantaları pul kisəsi qədər kiçikdir. Dünyanın tanınmış moda evlərinin "Roberto Cavalli", "Chanel", "Karen Walker", "Ralph Lauren" ve "Valentino" yeni kolleksiyalarında mini çantalara rast gəldik.

Qotazlı çantalar – Bu mövsümdə qotazlı çantalara da rast gəlmə ehtimalımız böyükdür. Qotaz detalları aksessuar kimi də istifadə edilir. Üstəlik çantalara əlavə edildiyi zaman olduqca dəbdəbəli görünür. “Valentino”, “Celine”, “Gucci”, “Christian Dior” və “Kenzo” kimi moda evləri yeni kolleksiyalarında qotazlı çantalara da yer ayırıblar.

Kürəyə taxılan çanta – Kürəyə taxılan çantalar bir neçə mövsümdür ki, məşhurdur. Qadınların qəlbində elə bir taxt qurub ki, ordan enmək fikri yoxdur. Yaz mövsümündə də aktuallığını qoruyub saxlayacaq. Sadəcə yaz mövsümündə daha rəngli, şirin modellər üstünlük təşkil edəcək. Xüsusən də “Chanelin” rəngli parçadan tikdiyi çanta indidən axtarışdadır.

Torba çantalar – Bu çantalara torba da deyə bilərik. Çünki olduqca böyükdülər və alış-veriş üçün çox idealdır. Klassik torba çantalar bu mövsüm daha rəngli və daha həcmli olacaq. İlan dərili, yaxud dəmir detalları əlavə edilmiş bu çanatalara “Christian Dior” və “ Valentino” kimi moda evlərinin yeni kolleksiyalarında rast gəldik.

Həkim çantaları – Keçən ilin dəbi olan həkim çantaları bu mövsümü də trend olmağa da davam edir. Ancaq fərqli formada təqdim olunub. Geometrik, ilan və krakadil dərilərinin istifadə edildiyi həkim çanataları retro stilini davam etdirəcək.

Çömçə çantalar – Rahat olduqları üçün qış mövsümün favorisini olan ağzı büzməli çantalar bahar aylarında da xanımları bəzəyən modellərdən biridir.

Qrafik təsvirli çantalar – Qadın üzləri, mənzərə rəsmləri, ya da rəngli təsvirlər... Bu yaz ən çox diqqət çəkən modellərdən biri də qrafik təsvirli çantalardır. Qrafik təsvirlər həm parça, həm də dəri çantalarda qarşımıza çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm