• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rəsmlər xarakteri tanımağa kömək edir

  • Qadın
  • 23 Mart 2014 13:37
  • 853 Baxış
Rəsmlər xarakteri tanımağa kömək edir

Mütəxəssislərin sözlərinə görə, uşaqlar öz qabiliyyətlərini rəsm və xətlərlə ifadə edirlər. Uşaqların psixologiyasını daha yaxşı bilmək və daxili dünyasını anlamaq üçün rəsmlərə diqqət yetirmək kifayətdir.

Publika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqların xarakterində olan problemləri xətlər də asanlıqla göstərə bilir. Bunun üçün sadacə onun hansı rəngləri və şəkilləri seçdiyini bilmək lazımdır.

Balaca uşaqlarda danışıq qabiliyyəti formalaşmadığı üçün oxuma-yazma öyrənənə qədər duyğularını sözlə ifadə edə bilmirlər. Lakin çəkdikləri rəsmlər müəyyən problemləri və düşüncə tərzini anlamağa imkan verir. İstifadə etdiyi kağızın böyüklüyü, fiqurların kağıza yerləşdirilməsi, rəng seçimi, onun psixi vəziyyətini müəyyənləşdirir.

Çəkilən rəsmlər qısqanclıq, kədər, sevinc, xoşbəxtlik və digər hisslər arasında qarşıdurmanı göstərir. Ev, insan, ağac şəkilləri uşaqların psixologiyası izah edə bilən ən yaxşı üsullardır. Uşaqların istifadə etdiyi rənglər onların vəziyyətini, dünya görüşünü və qabiliyyətini ifadə edir. Məsələn: rəsmlərdə sarı rəng əsasən xoşbəxtliyi, qəhvəyi rəng həssas və romantik qəlbə malik olduğunu göstərir. Özünə güvəni olanlar, sözəbaxanlar, tez adaptasiya olanlar və özünü xoşbəxt hiss edənlər yaşıl rəngdən istifadə edir. Duyğularını idarə etməyi bacaranlar əsasən mavi rəngi seçim edir. Ailəsi tərəfindən sevilən uşaqlar sarı rəngə, ana və atanın dəstəyinə ehtiyac hiss edənlər isə bənövşəyi rəngə üstünlük verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR