• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Vaginal bölgədə qaşınmanın səbəbi

  • Qadın
  • 8 İyul 2015 03:43
  • 7 094 Baxış
Vaginal bölgədə qaşınmanın səbəbi

Maya göbələyi vaginanın içində az sayda olan bir göbələk növüdür. Bu göbələyin həmin bölgədə çoxalması infeksiyaya səbəb olur. Bu tez-tez olan və qadını narahat edən vəziyyətdir.

Vaginal göbələk infeksiyasının səbəbləri nələrdir?

Bu tip infeksiyalara kandida adında bir göbələk növü səbəb olur. Sağlam vaginanın içərisində bir çox bakteriya və az sayda göbələk hüceyrəsi olur.

Simptomları nələrdir?

Göbələk infeksiyası vagina bölgəsində qaşıntı və ya göynəməyə səbəb ola bilir. Cinsi əlaqə və ya sidiyə getmə zamanı yanma və ya ağrı hissi yarada bilir. Bu simptomların çoxu, ümumiyyətlə, menstruasiya dövründən bir həftə əvvəl özünü göstərir.

Lakin qadınlarda tez-tez görülən genital bölgənin qaşınması hər zaman göbələk xəstəliyinin əlamətləri olmur. Türkiyəli mütəxəssis İlker Günyeli vaginal qaşınmanın hansı hallarda hansı xəstəliyin əlaməti ola biləcəyinə dair məlumatlar verib. Türkiyə mətbuatına istinadən həmin məlumatları təqdim edirik:

Qadınlar arasında genital qaşınmadan söz düşəndə ilk ağla gələn vaginal göbələk xəstəliyidir. Ən çox müşahidə edilən vəziyyət "candida albicans" adı verilən mikroorqanizm tərəfindən meydana gəlir. Dəridə eynilə körpədəki kimi qırmızılıq, qızartı, yanma, qabıq vermə və qaşıntı simptomları müşahidə olunur. Bu, cinsi yolla yoluxur. Əgər süd kəsiyi şəklində ağ axıntı varsa, vəziyyət daha da pisdir. Qaşıntının əsl səbəbinin, yəni, göbələk olub-olmadığını ancaq qadının cinsiyyət orqanından götürülən yaxma nümunəsi ilə bilmək mümkündür.

Qadın doğum mütəxəssisi tərəfindən təyin edilən kapsulu cinsi əlaqədə olan hər iki cinsin nümayəndəsi qəbul etməlidir. Qadının cinsi orqanındakı qızartını və qaşınma simptomunu isə steroid və antifunqal tərkibli kremlərlə də müalicə etmək mümkündür. Hər iki tərəfin müalicəsi xəstəliyin tez-tez təkrarlanmasının qarşısını almaq üçün vacibdir. Qadının müxtəlif səbəblərdən istifadə etdiyi antibiotiklər, soyuqdəymə, şəkər xəstəliyi dərmanları, cinsi əlaqə zamanı yoluxan xəstəliklər vaginada turşuluq səviyyəsini dəyişdirir.

Xarici dodaq (uşaqlıq yolu) qaşınmasına diqqət!

Uşaqlıq yolu, yəni xarici dodaqlarda qaşıntı hər zaman göbələk xəstəliyi kimi səbəblərdən olmaya bilər. Cinsi yolla yoluxan bütün xəstəliklərin də simptomları qaşınmaya səbəb ola bilər. Cinsi yolla yoluxan xəstəlik aşkar edilibsə, xəstənin partnyorunun da ətraflı olaraq analiz edilməsi və müalicə edilməsi lazımdır.

Xarici dodaq xərçənginin ilk əlaməti də qaşıntıdır. Aparılan araşdırmalarda bu əlamətə etinasızlıq göstərilməsi səbəbiylə xərçəngin şiddətləndiyini məlum olub. Bu səbəblə xanımlara uzun müddətli qaşıntılara laqeyd yanaşmaması məsləhət görülür.

Necə müalicə edilir?

Əgər hamilə deyilsinizsə və vaxtilə də bundan əziyyət çəkmisinizsə, müalicəni elə dərmanlarla davam edə bilərsiniz. Göbələk önləyici bir krem, ya da həblər istifadə edərək özünüzü müalicə edə bilərsiniz.

Əgər simptomlarınızın yüngül olduğunu düşünürsünüzsə öz-özünə yaxşılaşmasını gözləyə bilərsiniz.

Hamiləlik əsnasında göbələk infeksiyalarına daha çox rast gəlinir. Hər hansı bir dərman istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Bir çox qadın bu vəziyyəti təkrar-təkrar yaşamaqdadır. İldə dörd dəfədən çox bu narahatlığı yaşayırsınızsa, həkiminizlə məsləhətləşin. Həkimin təyin etdiyi analizlər bu infeksiyaların başqa bir xəstəliyin məsələn, şəkər xəstəliyinin əlaməti olub-olmadığını aşkarlayacaq.

Bu infeksiyaların qarşısını almaq mümkündür?

Vaginal bölgəni mümkün qədər təmiz və quru saxlayın. Həmçinin nəfəs almasını təmin edən alt paltarlarını geyinin. Keyfiyyətsiz alt paltarlarından uzaq durun. Gündəlik bezləri gün ərzində tez-tez dəyişin.

Qaşıntıdan tamamilə xilas olmaq istəyirsinzisə, sintetik alt paltarlarını tullayın.

Yaş çimərlik geyimlərinizi dərhal dəyişdirin!

Ətirli tamponlardan, spreylərdən və qoxulu tualet kağızlarından uzaq durun!

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR