Bu gün Bakıya yağış yağacaq - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Bu gün Bakıya yağış yağacaq - Hava Haqqında

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-6°, gündüz 9-14° isti, Bakıda gecə 4-6°, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz
Martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.


Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 2 şaxtadan 3° isti, gündüz 12-17° isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11°, isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 9-14° isti təşkil edəcək.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman iolacaq.
Temperaturun gecə 0-5° is, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 4-7°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm