TQDK Apelyasiya Komissiyası yaratdı
Bizi izləyin

Qırmızı.az

TQDK Apelyasiya Komissiyası yaratdı

İyulun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2-ci və 3-cü ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirilmiş qəbul imtahanında iştirak etmiş abituriyentlər üçün Apellyasiya Komissiyası yaradılıb.

Publika.az xəbər verir ki, komissiya imtahanda istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxacaq.

Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 27 iyul 2015-ci il tarixində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm