Qırmızı.az
Ermənilər bayram edən azərbaycanlıları gülləyə tutdular
İlaxır çərşənbələrdən olan Yel çərşənbəsi Tərtərin Qapanlı kənd sakinləri üçün qorxulu anlarla yadda qalıb.
Milli.Az EL TV-yə istinadən bildirir ki, el
adətlərinə uyğun olaraq, bayram tonqalı yandıran kənd sakinləri
ermənilər tərəfindən atəşə tutulublar.
Sakinlərin bildirdiklərinə görə, hər il
qarşılaşdıqları mənzərənin yenidən təkrar olunacağını təxmin
ediblər. Bu səbəbdən də tonqalı hava qaralmamış qalayıblar. Lakin
ermənilər sakinləri tonqalın əhatəsində gördükdə dərhal atəş açmağa
başlayıblar. Atılan güllələr kənd sakini Firuzə Hüseynovaya məxsus evə dəyib.
Güllələrdən biri qapıdakı ağacın budağını və evə gedən elektirik
xəttini qırıb. Sakinlər deyirlər ki, əlamətdar günlərdə əhali
arasında xof yaratmaq məqsədi ilə ermənilər daha da fəallaşırlar.
Qapanlı sakinləri bütün çətinliklərə baxmayaraq, Novruz bayramını
özünəməxsus şəkildə keçirəcəklərini bildirirlər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR